Xəzər Xəbər

Yazlıq xiyar yığımı aparılır VİDEO

Veb TV | 20:52 • 20 Aprel 2018
Yazlıq xiyar yığımı aparılır

Lənkəranda istixanalarda yazlıq xiyar yığımı aparılır. Məhsulun yerində qiyməti 2 manatdan başlayır. Kəndlilər bu işin gəlirli sahə olduğunu bildirirlər.

Lənkəranda istixana şəraitində yetişdirilən xiyarın yğımına başlanılıb.

Əsasən yerli bazara çıxarılan məhsulun qiyməti fermerləri qane edir. Lənkəranda istixana şəraitində tərəvəz məhsulunun əkininə fevral ayında başlanılıb. Əsasən Hollandiya sortu olan hər bir şitildən təxminən 3 kq-a qədər məhsul yığmaq mümkündür. Xiyar yerində 2 manat, 2 manat 50 qəpiyə satılır. Bazarda isə qiymətlər nisbətən bahadır.

Fermerlər əldə olunan məhsuldan razıdır. Bildirirlər ki, bol tərəvəz əldə etmək üçün düzgün aqrotexniki qulluğun böyük əhəmiyyəti var.

İstixana şəraitində tərəvəz məhsullarının istehsalı çətin və daha çox vəsait tələb etsə də, məhsul istehsalçıları bu sahənin ənənəvi əkinə nisbətən gəlirli olduğunu bildirirlər. Məhsul yığımı fasilələrlə may-iyun aylarına qədər davam edir.


Xəbər lenti

Çox oxunanlar