Xəzər Xəbər

Bayramda onlar da unudulmadı - Söhbət dörd divar arasına düşən məhbuslardan gedir - VİDEO

Veb TV | 20:42 • 19 Mart 2018
Bayramda onlar da unudulmadı -

Bayram günündə məhkumlar yaxınları ilə görüşüb. Novruz bayramı ilə əlaqədar penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində bir qrup məhkum yaxınları ilə görüşüb, bayram konsertində iştirak ediblər.

Bayramda onlar da unudulmadı.

Söhbət törətdikləri cinayətə görə dörd divar arasına düşən məhbuslardan gedir. Dəmir barmaqlıqlar arxasında cəza çəkən məhkumlar bayram konserti və yaxınlarının görüşü ilə sevindirildilər.

Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Penitensiar Xidmətin rəhbər şəxsləri, məhkumların yaxınları və tanınmış incəsənət nümayəndələri iştrak ediblər. Məhkumlar qarşısında çıxış edən müəssisənin rəisi Rasim Bayramov onları təbrik edib.

Azadlığa çıxacaqları günü səbirsizliklə gözləyən məhkumlar dörd divar arasında bir neçə ildə islah olduqlarını və bir daha cinayət törətməyəcəklərini deyirlər.

Tədbir çərçivəsində tanınmış incəsənət xadimlərinin ifasında məhkumlar üçün geniş konsert proqramı nümayiş etdirilib.

Xəbər lenti

Çox oxunanlar