Xəzər Xəbər

Cəlilabadda dəhşətli qəza: 2 ölü - VİDEO

Veb TV | 18:35 • 19 Mart 2018
Cəlilabadda dəhşətli qəza:

Cəlilabad rayonunda iki ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin qəza Uzuntəpə kəndində baş verib.

Martın 18-də saat 20 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində rayon sakini Rəhim Həsənov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Cəmaləddin İmanovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Digər hadisə Göytəpə şəhərində baş verib. Martın 18-də saat 21 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Masallı rayon sakini Eyvaz Rzayev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Elşən Abıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbər lenti