Bakıda Sabunçu və Səbail polisi üzərində silah gəzdirən şəxsləri saxlayıb. Onlardan birinın üzərindən ''naqan'', digərlərindən isə avtomat aşkar edilərək götürülüb.
Bakıda silahlı şəxslər saxlanılıb.
Sabunçu Rayon 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun evinə baxış keçirilən zamanı çarpayının altında gizlətdiyi 1 ədəd "Naqan" markalı tapança və 3 ədəd patron aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan tapançanın istifadəyə yaralı olması barədə rəy verilib.
Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə əvvəllər məhkkum olunmuş, Balaxanı qəsəbə sakini Bəybala Qarabəyov saxlanılıb. Polis idarəsində onun əlindəki çantanın içərisindən sandıqçasında 10 ədəd patron "AKS-74" markalı avtomat aşkar olunaraq götürülüb.
Səbail Rayon 8-ci Polis Bölməsinə Bayıl qəsəbəsi ərazisində
Abzər adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması, gəzdirməsi
və satmaq istəməsi barədə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abzər Abzərov saxlanılıb. Bölmədə
onun əlindəki çantanın içərisindən sandıqçasında 21 ədəd patron
"AK-74" markalı avtomat aşkar olunaraq götürülüb. Abzər Abzərov maddi
sübutlarla birgə istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində odlu
silahı satmaq məqsədi ilə Bayıl qəsəbəsinə gətirdiyini bildirib. Hər üç faktla
bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.