Xəzər Xəbər

Qusarda itkin düşmüş qadın tapıldı - VİDEO

Veb TV | 11:44 • 24 Fevral 2018
Qusarda itkin düşmüş qadın tapıldı -

Qusarda itkin düşən şəxs tapılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 21 fevral 2018-ci il tarixdə axşam saatlarında Abşeron rayon Xırdalan şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Xezerxeber.az bir müddət əvvəl Rəna Mehdiyevanın itkin düşməsi barədə xəbər hazırlamışdı. Həmin videomaterialı təqdim edirik:



Xəbər lenti

Çox oxunanlar