Xəzər Xəbər

Yenə də qərəz: Avropa Şurası Azərbaycanla təzyiq dilində danışmaq istəyir - VİDEO

Veb TV | 20:54 • 6 Dekabr 2017
Yenə də qərəz:

Avropa Şurasının Real hərəkatının lideri İlqar Məmmədovun qeyd-şərtsiz azad edilməsi ilə bağlı qərəzli qətnamə qəbul etməsi bu qurumun obyektivliyini bir daha şübhə altına aldı. Məhkəmədə cinayəti tam sübuta yetirilmiş bir şəxsin azadlığa buraxılması tələbi adıçəkilən qurumun siyasi sifariş əsasında işlədiyini və Azərbaycana qarşı məqsədyönlü kampaniya apardıgını təsdiqləyir.

Azərbaycan hökuməti hələ noyabrın 29-da Avropa Şurası Nazirlər Komitəsinə məsələ ilə bağlı əsaslandırılmış cavab verib. Bu cavabda aydın şəkildə göstərilirdi ki, İlqar Məmədovun həbsi konkret olaraq onun törətdiyi cinayət işi ilə bağlıdır. Bu məsələdə Azərbaycan tərəfi ölkə qanunvericiliyinin tələblərinə uygun hərəkət edib. Bununla kifayətlənməyən qurumun tələsik və "nota" tipli qərar qəbul edərək tələb irəli sürməsi şübhəsiz ki, məsələyə adekvat münasibətin sərgilənməsi zərurətini yaradır.

Bu gün müstəqil Azərbaycan dövləti­nin öz siyasi dəsti-xətti, döv­lətçilik siması, inkişaf yolu var. Azərbaycan dövləti istənilən beynəlxalq təşkilatla bərabərhüquqlu əməkdaşlıq qurmaga hazır oldugunu dəfələrlə bəyan edib. Ölkəmizin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında, eləcə də NATO ilə səmərəli əməkdaşlıgındakı son nümunələr bunu təsdiq edir. Rəsmi Bakı elə ötən müddətdə Avropa Şurası ilə də qurulan münasibətlərdə bu prinsipi gözləyib. Təəssüf ki qarşı tərəfin münasibəti buna adekvat olmayıb.

Hər bir məsələdə milli maraqların önə çəkilməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir. Azərbayca müstəqil dövlət olaraq bütün məsələlərdə prinsipal və qətiyyətli mövqe göstərir və ölkəmizlə təzyiq dilində, şərtlə danışmagın vaxtı çoxdan keçib. Bunu həmin dairələr və onların "beşinci kolon" təmsilçiləri də anlamalıdırlar.


Xəbər lenti