Xəzər Xəbər

Hərraclar tam elektronlaşdırıldı VİDEO

Veb TV | 20:51 • 6 Dekabr 2017
Hərraclar tam elektronlaşdırıldı

Əmlak məsələləri üzrə Dövlət Komitəsi tərəfindən növbəti innovativ layihə həyata keçirilib. hərrac prosesi tam elektronlaşdırılıb. Bundan sonra, hərraca qoşulmaq istəyən şəxslər heç yerə getmədən onlayn qaydada hərraclarda iştirak edə biləcək.

Artıq hərraca çıxarılan bütün dövlət əmlakının özəlləşdirilmə prosesi tam elektron qaydada həyata keçiriləcək. Əmlak məsələləri üzrə Dövlət Komitəsi hərraclarda daha çox insanın iştirak etməsi və əlçatımlı olması üçün yeni xidmət istifadəyə verib.

Bu layihənin həyata keçirilməsi nəticəsində bütün növ dövlət əmlaklarını bir virtual məkandan elektron hərrac vasitəsilə özəlləşdirmək mümkün olacaq.

Bundan əlavə hərraclar zamanı heç yerə getməyə ehtiyac qalmır. İstənilən şəxs harada olmasından asılı olmayaraq keçirilən hərraclara qoşularaq elektron qaydada iştirak edə və aldığı dövlət əmlakını özəlləşdirə bilər.

Qeyd edək ki, hərrac prosesinin tam elektronlaşdırılması ilə xarici investorların iştirakı da asanlaşacaq. Bunula da yeni-yeni sahibkarların cəlb edilməsi ilə büdcə daxilolmalarının da artacağı gözlənilir.

Xəbər lenti