Xəzər Xəbər

Qədim dövrə məxsus parça qalıqları bərpa edildi VİDEO

Veb TV | 18:52 • 5 Dekabr 2017
Qədim dövrə məxsus parça qalıqları bərpa edildi

Azərbaycanlı arxeoloqlar Qafqaz Albaniyası dövrünə aid parça qalıqları aşkarlayıblar. III-V əsrə aid olan həmin parça qalıqları artıq xalça muzeyində bərpa olunub.

Ölkəmizdə ən qədim parça qalıqları aşkar olunub .Ehtimal olunurki, parça qalıqları Qafqaz Albaniyası dövrünə aiddir.

III-V əsrə aid olan həmin parça qalıqları Xalça Muzeyində bərpa olunub. Parça qalıqları Şamaxı rayonu Dəmirçilər kəndi yaxınlığındakı ərazidə aparılan arxeoloji işlər zamanı aşkarlanıb. Tədqiqat işləri Milli Elmələr Akademiyasının arxeologiya və Etnoqrafiya mərkəzi tərəfindən həyata keçirilib.

Ərazidə aparılan qazıntılar zamanı qəbirlərdən birinin baş hissəsində iki qılınc və metal material aşkar olunub. Həmin metal üzərində yun və keçə olması güman edilən parça qalıqları tapılıb.

Mütəxəssislərin bildirdiyinə görə, bu parça qalıqlarının tədqiqi Azərbaycanda parça növlərinin hazırlanması tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.

O cümlədən Azərbaycanda boyaqçılıq sənətinin tarixinin araşdırılması baxımından da maraq kəsb edir. Bununla yanaşı, Azərbaycan muzeylərində belə nadir nümunələr azdır, bu tapıntı elmi nöqteyi nəzərdən də əhəmiyyətlidir.

Muzey rəhbərliyi parçanın qalan hissəsində də bərpa işlərini həyata keçirir.

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024