Xəzər Xəbər

Dünyanın ən kədərli toyu VİDEO

Veb TV | 16:19 • 11 Avqust 2017
Dünyanın ən kədərli toyu
Övlad toyunu görmək ata-ana üçün ən böyük istəklərdən biridir.

Övladın böyüməsini, məktəbə getməsini, ailə quraraq xoşbəxt olmasını görmək hər bir valideynin arzusudur. Xüsusilə övlad toyunu görmək ata-ana üçün ən böyük istəklərdən biridir.

ABŞ-nın Kaliforniya sakini Cim Zetza, xərçəng xəstəliyindən əziyyət çəkib. O da bir ata kimi öz qızının toyunu görmək arzusunda olub. Lakin qızının hələ azyaşlı olması Cimin bu arzusunun tez bir zamanda reallaşdırmasına mane olub. Həkimlər Cim Zetzaya xəstəlik səbəbindən yaxın zamanda öləcəyini deyiblər. Buna görə də, Cim Zetza qızı üçün rəmzi olaraq toy mərasimi təşkil edib. Rəmzi toy mərasimində ata və qızı, həmçinin yaxınları göz yaşlarına hakim ola bilməyiblər.


Xəbər lenti

Çox oxunanlar