Xəzər Xəbər

Avropada zəhərli yumurta böhranı yaşanır: milyonlarla məhsul məhv edilib - VİDEO

Veb TV | 16:56 • 11 Avqust 2017
Avropada zəhərli yumurta böhranı yaşanır:

XəzərXəbər "Euronews"ə istinadən xəbər verir ki, Avropanın bir sıra ölkələrində yumurtalarda zəhərli əkinçilik dərmanı olan fipronil maddəsi aşkarlanıb. Vəziyyətlə bağlı Hollandiya və Belçika polisi bu maddədən istifadə etməkdə şübhəli bilinən toyuq fermalarına eyni vaxtda reydlər keçirib. Əməliyyatlar zamanı 2 nəfər saxlanılıb. Hər iki ölkədə yüzlərlə ferma bağlanıb, bazara çıxarılacaq milyonlarla yumurta məhv edilib.

Getdikcə böyüyən zəhərli yumurta böhranına Avropa Komissiyası da müdaxilə edərək, firmaları çıxış yolu tapmağa çağırıb.Lüksemburq rəsmiləri ölkədə satılan bəzi yumurtalarda "fipronil" adlı böcək dərmanının təsbit edildiyini, belə yumurtaları xüsusilə uşaqların istehlak etmələrinin təhlükəli olduğunu bildirib.

Hollandiya, Almaniya və Belçikadan başlayan zəhərli yumurta böhranı toyuq və toyuq məhsulları ixrac edən Fransa, İngiltərə, İsveç və İsveçrə kimi mərkəzi və şimali Avropa ölkələrinə də sıçrayıb.Danimarka Baytarlıq və Qida İdarəsi ölkədə tərkibində belə zəhərli maddə olan 20 ton yumurta təsbit edildiyini açıqlayıb. Dərhal soyulmuş və qaynadılmış şəkildə kafe və restoranlara satılan yumurtaların müsadirə edilməsinə başlanılıb.

Hazırda belə yumurtaların təsbit edildiyi Avropa ölkələrinin sayı 10-dur.



Xəbər lenti

Çox oxunanlar