Xəzər Xəbər

Daha bir ölkənin ciyərləri yandı: Ən azı 43 ölü - VİDEO

Veb TV | 13:23 • 18 İyun 2017
Daha bir ölkənin ciyərləri yandı:

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.

Rəsmi şəxslər qurbanların çoxunun gəzintiyə çıxan şəxslər olduğunu bildiriblər.

Portuqaliyanın Baş naziri Antonio Kosta bildirib ki, hazırda yanğınları söndürmək üçün 1800-dən çox yanğınsöndürən çalışır. Alovların sürətlə yayılması işi çətinləşdirir:

"Təəssüf ki, bu meşə yanğınları baxımından son illərdə gördüyümüz ən böyük faciə kimi görünür. Ölənlərin sayı arta bilər. Prioritetimiz hələ də təhlükədə olan insanları xilas etməkdi".

Bundan əvvəl meşə yanğınları zamanı 25 nəfərin öldüyü açıqlanmışdı.

Qeyd edək ki, şənbə günü ölkənin bir sıra regionlarında temperatur 40 dərəcəyə çatıb. Meşə yanğınları Pedroqan-Qrandi bələdiyyəsində başlayıb. Yanğın sürətlə yayılıb, bir neçə yaşayış məntəqəsini əhatə edib.


Xəbər lenti