Xəzər Xəbər

Ölümü öncəsi anasına dedikləri hər kəsi duyğulandırdı VİDEO

Veb TV | 15:47 • 16 İyun 2017
Ölümü öncəsi anasına dedikləri hər kəsi duyğulandırdı

Londonda iki gün öncə yanan 24 mərtəbəli binada öləcəyini anlayan 27 yaşlı italiyalı Qloria Trevisanın anasına zəng edərək: "Salamat qal, ana, mənə bəxş etdiyin hər şey üçün təşəkkür edirəm"dediyi ortaya çıxıb.

23-cümərtəbədə qalırdı

Bu ilin mart ayında Londona köçən Qloriailə 27 yaşlı sevgilisi Marko Qottardi yanan "Grenfell Qülləsi" adlı binanın 23-cü mərtəbəsində qalırdı.

Qloria Trevisanın ailəsinin vəkili bu gün mətbuata bir açıqlama verərək: "Təəssüf ki, Qloria və Markonun hələ də həyatda olduqlarınaümid etmək üçün bir səbəbimiz yoxdur. Xilasedicilər ancaq 20-ci mərtəbəyə qədər qalxa biliblər, onlar isə23-cümərtəbədə yaşayırdılar", - deyib./milli.az



Xəbər lenti

Çox oxunanlar