Xəzər Xəbər

“Qarabağdan nə vaxt çıxacaqsınız?” Rus jurnalist Nalbandyanı pərt etdi - VİDEO

Veb TV | 20:54 • 8 İyun 2017
“Qarabağdan nə vaxt çıxacaqsınız?”

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İtaliyada mətbuat konfransında çıxılmaz vəziyyətə düşüb. Onu bu hala salan isə rusiyalı jurnalist olub. Jurnalistin "İşğal etdiyiniz Qarabağ torpaqlarından nə vaxt çıxacaqsınız" sualı onu əməlli-başlı özündən çıxarıb.

Rus jurnalist Nalbandyanı pərt etdi. Jurnalistin "Qarabağdan nə vaxt çıxacaqsınız?sualı Erməni naziri əsəbləşdirdi.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Romada italiyalı həmkarı Anqelino Alfano ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında gözləmədiyi sualla qarşılaşıb. Rusiya mətbu orqanlarından birinin jurnalisti Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana "işğal etdiyiniz Qarabağdan nə vaxt çıxacaqsınız?" sualını ünvanlayıb. Sual qarşısında hiddətlənən Nalbandyan, ona Qarabağ münaqişəsi haqqında sual verən rus jurnalistə sərt cavab verib.

Sualı eşidər-eşitməz üz ifadəsi dəyişən erməni nazir, "Sualı yazan şəxs üçün çox təəssüflənirəm. Yəqin bu sual ya redaksiyada, ya da Bakıda yazılıb".-deyə cavab verib.

Nalbandyan münaqişənin nizamlanması üçün ATƏT-in Minsk qrupunun mövcud olduğunu deyərək, Azərbaycanın Minsk qrupunun tələbləri ilə razılaşmaması kimi cəfəng fikirlərlə vəziyyətdən çıxmağa çalışıb.


Xəbər lenti