Xəzər Xəbər

''Kaspi'' liseyində robotların yarışı keçirildi VİDEO

Veb TV | 20:40 • 8 İyun 2017
''Kaspi'' liseyində robotların yarışı keçirildi

Kiminin hədəfi polis, müəllim, kiminin ki isə həkim olmaqdır. Bu uşaqların hədəfi isə dünyada ən müasir robotu hazırlamaqdı. "Kaspi" liseyinin şagirdlərinin hazırladığı robotlar arasında yarış keçirilib.

Şagirdlərin hazırladığı robortlarla birincilik uğrunda mübarizə aparıblar. Robotların yarışı maraqlı anlarla yadda qalıb.

Görüntülər "Kaspi" liseyinin şagirdlərinin və Azərbaycan Robotexnika mühəndisliyi akademiyasının birgə təşkil etdiyi robot yarışmasındandır. Təxminən 3 həftəyə ərsəyə gələn robotları şagirdlər özləri hazırlayıb.

Yarışın məqsədi "Kaspi" liseylərində fəaliyyət göstərən robotik dərnəyində iştirak edən şagirdlərin il ərzində öyrəndiklərinin praktikasıdır. Burdan seçilənlər isə bacarıqlarını artıraraq beynəlxalq yarışlarda iştirak edə biləcəklər.

Aralarında avropa çempionu da olan şagirdlərin hədəfi gələn ilki dünya robotiks yarışlarında ölkəmizə qızıl medal gətirməkdir.

Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsinin də iştirak etdiyi Gərgin mübarizə şəraitində keçən yarışda ''Kaspi'' liseyinin Bakıxanov filialının şagirdləri birinci olublar.


Xəbər lenti