Xəzər Xəbər

Saxta pul hazırlayaraq satanlar ifşa edildi - VİDEO

Veb TV | 20:34 • 24 Aprel 2017
Saxta pul hazırlayaraq satanlar ifşa edildi -

Saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Xezerxeber.az məlumat verir ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İbrahim Qurbanovun tanışı Biləsuvar rayon sakini Ülvi Vahabzadə ilə birlikdə saxta pul əskinaslarının satışı ilə məşğul olmaları barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən xüsusi əməliyyat nəticəsində hər iki şəxs 6500 saxta manatı 2000 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar. Saxlanılan şəxslərin qaldıqları mənzildən saxta pul əskinaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. İlkin ifadələri zamanı hər iki şəxs hazırladıqları saxta pulların həqiqi əskinaslardan seçilməməsi üçün lisenziyalaşdırılmamış xüsusi haker proqramlarından da istifadə etdiklərini bildiriblər.

Faktla bağlı Baş İdarənin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti