Xəzər Xəbər

Yaşayış evlərinin hostel kimi də istifadəsi proseduru asanlaşır - VİDEO

Veb TV | 20:42 • 24 Aprel 2017
Yaşayış evlərinin hostel kimi də istifadəsi proseduru asanlaşır -

Özəl çoxmənzilli yaşayış sahələrinin və fərdi yaşayış evlərinin mehmanxana və ya hostel kimi istifadə edilməsi asanlaşır.

Xezerxeber.az məlumat verir ki, hostel, kirayənin bir formasıdır- ev sahibi tərəfindən bir və ya bir neçə mənzilin müvəqqəti olaraq kirayəyə verilməsidir. Sadacə bu bir neçə günlük xarakter daşıyır və turistlər üçün daha əlverişlidir.

Bundan sonra mənzili hostelə, yəni müvəqqəti yaşayış üçün nəzərdə tutulan obyektə çevirmək üçün icra hakimiyyətinə müraciət etməyə ehtiyac olmayacaq. İndiki prosedurlar mənzillərini hostelə çevirmək istəyənlərin işini ləngidirdi.

Burda məqsəd ölkəyə gələn turistlərin daha ucuz şərtlərlə müvəqqəti qalmağa imkan yaratmaqdır. Çünki mənzillərini hostelə çevirərək bir neçə günlük turistlərə verən insanlar böyük otellərdən fərqli olaraq daha ucuz qiymət təklif edirlər. Mənzilini hostelə çevirən insanlar sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarından Vergilər Nazirliyindən qeydiyyatdan keçib vergi ödəməlidirlər.

Bundan əlavə Mədəniyyət və Turizm Nazirliyindən də qeydiyyatdan keçməlidirlər. Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, bu qeydiyyat vətəndaşların özləri üçün sərfəlidir.

Dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti