Xəzər Xəbər

“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib

Texnologiya | 11:15 • 20 İyun 2017
“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib

Populyar "Viber” messencerinin son yeniləməsi artıq sınaq mərhələsini geridə qoyaraq "iOS” və "Android” platformaları üçün əlçatandır.


Bu yeniləmədə bir neçə yeni faydalı funksiya istifadəyə verilib. Məsələn, lazımi informasiyanı bilavasitə messencerdə axtarmaq mümkündür. İndi "Viber” messenceri vasitəsilə "YouTube” videohostinqində videonu izləmək və sonra həmin çarxı dostlara göndərmək mümkündür.


Həmçinin messencerin "Android” versiyasında açar sözlər üzrə stiker və "Gif” şəkillərin axtarışı əlçatan olub. Qeyd edək ki, bu funksiya "iOS” platformasında əlçatan idi. Bundan başqa, istifadəyə verilmiş "rich” bildirişləri vasitəsilə proqrama daxil olmadan mesajlara stikerlərlə cavab vermək mümkündür.

Xəbər lenti

Çox oxunanlar