Xəzər Xəbər

Yeni qurğu stressdən xilas edəcək

Texnologiya | 10:08 • 20 İyun 2017
Yeni qurğu stressdən xilas edəcək

Böyük Britaniyanın "BioSelf Technology” şirkətinin bir qrup tədqiqatçısı "Sensate” adlanan kiçik qurğu hazırlayıb.

İstifadəçinin sinəsinə bərkidilən qacet stressə səbəb olan hallar zamanı titrəyişlər verərək aztezlikli səs dalğaları yaradır.


"Sensate” ürək yığılmaları tezliyi, nəfəs, qamət və bədən temperaturu kimi biometrik məlumatları izləmək üçün quraşdırılmış ötürücülərdən istifadə edir. Toplanmış məlumatlar simsiz şəbəkə vasitəsilə istifadəçinin smartfonuna ötürülür və proqramın köməyi ilə real vaxt rejimində təhlil edilir.


Qacet tərəfindən istifadəçinin stress keçirdiyi müəyyən edildiyində, proqram aztezlikli səs dalğalarını yaradaraq "Sensate” qurğusunun titrəşiminə səbəb olur. Vibrasiya sümük keçiriciliyi sayəsində istifadəçinin sinəsinə nüfuz edərək Vaqus sinirini stimullaşdırır və stressin azalmasına kömək edir.

Xəbər lenti