Xəzər Xəbər

Kris Rok şillələnməyindən DANIŞDI: Hələ də həzm etməyə çalışıram

Şou Biznes | 15:48 • 31 Mart 2022
Kris Rok şillələnməyindən DANIŞDI: Hələ də həzm etməyə çalışıram

Amerikalı aktyor Uill Smitin şillə vurğudu komediya ustası Kris Rok ilk dəfə hadisə haqqında danışıb.

O,  günlər sonra nümayiş etdirəcəyi məkana girərkən obyektivlərə tuş gəlib. Mühafizəçiləri ilə lentə alınan komediya ustası Uill Smitin vurduğu şillə ilə bağlı jurnalistlərə açıqlamasında, "Hələ də bu hadisəni həzm etməyə çalışıram.  Bunun üçün gəlmisinizsə, üzr istəyirəm. Bu barədə nə vaxtsa danışacam", - deyə söyləyib.

Qeyd edək ki, Smit Amerika Kino Akademiyasının "Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı tədbirin aparıcısı, komediya ustası Kris Roka şillə vurduğuna görə ondan üzr istəyib. "İctimaiyyət qarşısında səndən üzr istəmək istəyirəm Kris. Xətti keçdim, səhv etdim. Utanıram və hərəkətlərim olmaq istədiyim insanı əks etdirmir. Sevgi və xeyirxahlıq dünyasında zorakılığa yer yoxdur”, - aktyor qeyd edib./Sfera.az 

Xəbər lenti