Xəzər Xəbər

Handə ilə Hadisə sevgililərini dəyişdilər: Keçmişin intiqamını belə aldı...

Şou Biznes | 17:55 • 30 Mart 2022
Handə ilə Hadisə sevgililərini dəyişdilər: Keçmişin intiqamını belə aldı...

"Sen Çal kapımı” seriallarında tərəf yoldaşı olan Kərəm Bürsindən qəfil ayrılan aktrisa Handə Erçelin yeni eşq yaşadığı irəli sürülüb.
 
İddialara görə, aktrisa həmkarı Kaan Yıldırımla sevgilidir. Cütlüyün Emirganda bir məkanda əyləndiyi ortaya çıxıb. Ardınca onlar eyni avtomobildə görüntüləniblər. Lakin Erçel və Yıldırım jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Xatırladaq ki, Kaan Yıldırım bundan əvvəl ifaçı Hadisə ilə sevgili idi. Hadisənin hazırda ailə qurmağa hazırlaşdığı Mehmet Dinçerlər isə əvvəllər Handə Erçel ilə  eşq yaşayıb. Bu isə Handenin Kaanla görüşərək Hadisədən keçmişin intiqamını aldığı ilə bağlı iddiaların ortaya atılmasına səbəb olub. Hələ ki, tərəflərdən heç bir açıqlama gəlməyib. /Sfera.az 

Xəbər lenti

Çox oxunanlar