Xəzər Xəbər

Məşhur serialdakı GİZLİ MESAJLAR: kino sənayesi belə layihəyə hazır deyil

Şou Biznes | 10:18 • 5 Oktyabr 2021
Məşhur serialdakı GİZLİ MESAJLAR: kino sənayesi belə layihəyə hazır deyil

“Netflix”in son günlər ən məşhur “Squid Game” ilk mövsümdən böyük reytinq toplayıb. Qətl səhnələri ilə tamaşaçılarda ciddi təsir buraxan serialın pərəstişkarları səbirsizliklə ikinci mövsümü gözləyir.

Layihə həm də verdiyi mesajlarla diqqət çəkir.

Ən birinci ondan başlayaq ki, orjinal Cənubi Koreya istehsalı olan “Squid Game” qısa müddətdə platformanın ən populyar istehsallarından birinə çevrildi. Borca batmış və çarəsizlik içində olan insanlar böyük pullar qazanmaq ümidi ilə həyatlarını riskə ataraq oyuna qoşulur. Gizli bir adada həyata keçirilən oyunun şərtləri cazibəli və bir o qədər ağırdır. Oyunu qazanan həyatda qalacaq, qalmayan isə yerində güllələnir və orqanları çıxarıldıqdan sonra yandırılır. Ölən hər oyunçunun hesabına külli miqdarda pul daxil edilir. Bu böyük pul mükafatını isə ancaq bir nəfər qazanacaq və 39 milyon dolları alıb canını bu cəhənnəmdən xilas edəcək.

İlk mövsümü ilə böyük səs-küy gətirən serial barədə məlumatlar internetdə ən çox axtarılanlar siyahısına daxil olub. Ən çox maraq doğuran məsələ ikinci mövsümün nə zaman yayımlanacağıdır. “Netflix”dən bu barədə rəsmi açıqlama gəlməsə də, səbirsiz və həyəcanlı tamaşaçı tələbinin yüksək olduğu dəqiqdir. İddia edilir ki, bu tarix 2022-ci ilin ortalarına təsadüf edəcək.

Maraqlısı odur ki, serialın ssenarisi 2009-cu ildə yazılıb, lakin rejissor Hvang Dong-Hyuk heç bir film şirkətindən razılıq əldə edə bilməyib. Rejissora bildirilir ki, kino sənayesi hələ belə bir layihəyə hazır deyil. Odur ki, serial düz 12 il gözləməli olur.

“Squid Game” in ən diqqət çəkən məqamlarından biri də istifadə olunan rənglərdir. Hər kəsin gözündə dərhal yaşıl və çəhrayı rənglər canlanır. Çünki serial yalnız bu 2 rəngə əsaslanaraq irəliləyir. Rəqiblər yaşıl kostyum geyinirlər. Bu, Koreyada orta məktəb yeniyetmələrinin geyindiyi kostyumları təsvir edir.

Silahlıların rütbələri isə maskanın üstündəki simvollara əsasən müəyyən olunur.

Layihədə ən böyük sirlərdən biri də daha sonra hansı oyunun olmasıdır. Əslində isə əvvəlindən bəri yarışmaçıların qaldığı böyük salonun divarlarında bütün oyunların rəsmi təsvir olunub. Sadəcə yataq həddən artıq olduğundan görünmürdü.

İlk oyunda həqiqətən 456 adam iştirak edib, nə effekt, nə də maket deyil. Ümumiyyətlə filmdə effektlərə çox az yer verilib. Rejissorun istəyi ilə layihədə minimum CGI visual effektlər istifadə olunub. Məhz bu detallar bu gün serialı dünyanın ən populyar layihəsinə çevirib./Publika.az

Xəbər lenti