Xəzər Xəbər

Tanınmış müğənnidən etiraf: Evli kişiyə aşiq oldum

Şou Biznes | 14:56 • 8 Oktyabr 2021
Tanınmış müğənnidən etiraf: Evli kişiyə aşiq oldum

Tanınmış türkiyəli müğənni Reyhan Karaca evli kişiyə aşiq olduğunu etiraf edib.

Gökay Kalaycıoğlunun təqdimatı ilə "Uçankuş TV”-də yayımlanan "Pazar magazin”in bu həftəki qonağı məşhur sənətçi Reyhan Karaca olub.
 
"Sevdik Sevdalandık” mahnısı ilə məşhurlaşan sənətçi şəxsi həyatından çox danışılacaq bir açıqlama verib.

Müğənni Reyhan Karaca illər əvvəl evli bir kişiyə aşiq olduğunu etiraf edib.

"Heç vaxt etmərəm dediyim hər şeyi yaşadım" deyən Reyhan Karaca illər əvvəl evli bir kişiyə aşiq olduğunu etiraf edib. Yaşadıqlarını izah edən Karaca "Olmamalı olduğum bir insana aşiq oldum. Amma bunun qarşısını tez bir zamanda aldım." – deyə bildirib.

Onu da qeyd edək ki, 50 yaşlıı Reyhan Karaca son zamanlar etdiyi dəyişikliklə gözlərdən yayınmayıb. Üzünə kiçik toxunuşlar edən Karaca arıqladıqdan sonra tamamilə fərqli bir insana çevrilib.

Xəbər lenti