Xəzər Xəbər

Ancelina Coli təcavüzə uğradığını açıqladı

Şou Biznes | 16:19 • 8 Sentyabr 2021
Ancelina Coli təcavüzə uğradığını açıqladı

Bir neçə gün əvvəl Hollivud ulduzu Ancelina Coli açıqlamasında məşhur prodüser Harvi Vaynşteynin ona təcavüz etdiyini bildirib.

Hazırda bir çox Hollivud ulduzuna qarşı cinsi zorakılıq tətbiq etdiyi üçün 23 il həbs edilən Harvi köməkçisi vasitəsilə Colinin ittihamına cavab verib.

Vaynşteyn heç bir halda Ancelinaya qarşı şiddət göstərmədiyini, bu açıqlamanı aktrisanın yeni işıq üzü görəcək kitabının reklamı üçün etdiyini bildirib:

“Ancelinanın söylədikləri həqiqəti əks etdirmir. Sən Ancelina Colisən! Bu dünyada hər kəs - istər qadınlar, istərsə də kişilər sənə böyük maraq göstərir. İndi bu, o deməkdir ki, bütün dünya sənin üzərinə hücuma keçib?”

Qeyd edək ki, Coli keçmiş həyat yoldaşı Bred Pittlə evli olduğu vaxtlarda Pittin Harvinin layihələrində iştirak etməsinə etiraz edib. Hətta bu səbəbdən cütlük arasında dəfələrlə davalar da olub./baku.ws

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024