Xəzər Xəbər

Kurt Kobeynin saç telləri satıldı - 14 min dollara...

Şou Biznes | 18:17 • 19 May 2021
Kurt Kobeynin saç telləri satıldı - 14 min dollara...

Nirvana qrupunun yaradıcısı, 27 yaşında dünyasını dəyişən ifaçı Kurt Kobeynin saç telləri satılıb.

ABŞ-da satışa çıxarılan 6 ədəd saç teli 14 min 145 dollara alınıb. Məlumata görə, həmin saç telləri 1989-cu ildə - Nirvananın bütün dünyada tanınmasından bir il əvvəl kəsilən parçalardan ibarətdir.
 
Həmin zaman Tessa Osburn adlı şəxs əfsanəvi sənətçinin saçını kəsib və özündə saxlayıb. O, Kobeynin ölümündən sonra saç tellərini sənətçi Nikol Depoloya, o isə, "tarixi saçlar” kolleksiyası ilə "Ginnesin Rekordlar kitabı"na düşən Con Reznikofa verib. Beləliklə, saçlar Reznikof vasitəsilə satışa çıxarılıb./Sfera.az

Xəbər lenti