Xəzər Xəbər

Tanınmış müğənni faciəvi şəkildə öldü - Xəyanət ölümə səbəb oldu

Şou Biznes | 16:38 • 19 May 2021
Tanınmış müğənni faciəvi şəkildə öldü - Xəyanət ölümə səbəb oldu

Braziliyalı musiqiçi MC Kevin arvadını aldatdığı otel otağından qaçmaq istəyərkən eyvandan yıxılıb.

XəzərXəbər axşam.az-a istinadən xəbər verir ki, əsl adı Kevin Nascimento Bueno olan 23 yaşlı musiqiçi dünyasını dəyişib.

Yeni evlənən ifaçı sevgilisi ilə otelə gedib. Onun xəyanətindən arvadı xəbər tutub. Otaqda olan zamanı kimsə qapını açmağa çalışıb, Kevin arvadının gəldiyini düşünüb. O, eyvana qaçıb gizlənmək istəyib.

Sənətçi aşağı mərtəbədəki eyvana düşməyə çalışıb. Onun bu cəhdi faciə ilə sonlanıb. Yıxılan Kevin yerindəcə can verib. Beşinci mərtəbədən düşən müğənnini xilas etmək mümkün olmayıb.

Xəbər lenti