Xəzər Xəbər

İslandiya "Eurovision"da canlı iştirak etməyəcək

Şou Biznes | 18:58 • 19 May 2021
İslandiya "Eurovision"da canlı iştirak etməyəcək

"Eurovision-2021" mahnı müsabiqəsində iştirak edən İslandiya təmsilçisinin daha bir üzvündə koronavirus aşkarlanıb.

XəzərXəbər müsabiqənin saytına istinadən xəbər verir ki, Rotterdam şəhərindəki “Ahoy Arena”da sabah keçiriləcək ikinci yarımfinalında çıxışı nəzərdə tutulan İslandiya təmsilçisi olan “Daði og Gagnamagnið” qrupu canlı çıxış etməyəcək, əvəzində ayın 13-də lentə alınmış məşqləri nümayiş olunacaq.

Qeyd edək ki, bundan əvvəl qrupun digər üzvlərində də COVID-19 aşkarlanmışdı.

Xəbər lenti