Xəzər Xəbər

Serialın iki ulduzu koronavirusa yoluxdu, çəkiliş dayandırıldı

Şou Biznes | 14:54 • 14 Aprel 2021
Serialın iki ulduzu koronavirusa yoluxdu, çəkiliş dayandırıldı

Kanal D-də yayımlanan məşhur "Sadakatsiz" serialının iki ulduzu koronavirusa yoluxub.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, Melis Sezen (Derin) və Alp Akarda (Ali) "COVID-19" aşkarlanıb. Ev şəraitində müalicə olunan iki tanınmış simanın vəziyyətinin ağır olmadığı açıqlanıb.

Onların virusa yoluxması serial çəkilişlərinin dayandırılması ilə nəticələnib.

Serial bu həftə yayımlansa da, növbəti bölümün tamaşaçı qarşısına çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, bir neçə gün əvvəl serialda Haluk obrazını canlandıran aktyor Burak Sergenin halı anidən pisləşib və o, reanimasiyaya yerləşdirilib.

Xəbər lenti