Xəzər Xəbər

Yevlaxda azyaşlının döyülməsi barədə məlumat araşdırılır

Region | 18:09 • 21 Sentyabr 2022
Yevlaxda azyaşlının döyülməsi barədə məlumat araşdırılır

Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.

DİN mətbuat xidmətinin Bərdə reginal qrupundan xezerxeber.az-a verilən məlumata görə, rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib.

Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar