Xəzər Xəbər

Lənkəranda meyxanaçılar cərimələnib

Region | 11:41 • 26 Aprel 2021
Lənkəranda meyxanaçılar cərimələnib

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayonun Darquba kəndində yerləşən “Armudluq” restoranında axşam saatlarında meyxana məclisinin keçirildiyi, Rvo kəndində yerləşən çayxananın isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin obyektlərlə bağlı ümumilikdə 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Xəbər lenti