Xəzər Xəbər

Sabirabad rayonunda ev yanıb

Region | 19:00 • 25 Aprel 2021
Sabirabad rayonunda ev yanıb

Sabirabad rayonunun Minbaşı kəndində ümumi sahəsi 112 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar