Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun Yuxarı Öysüzlü kəndi ərazisində sakin Qədim Ağayevin idarə etdiyi "VAZ-2107” markalı avtomobillə şəhər sakini S.Quliyevin idarə etdiyi "Mercedes” markalı mikroavtobus toqquşub. Nəticədə Q.Ağayev və avtomobilində olan sərnişinlərdən həmkəndlisi İsmət Qarayev hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.