Xəzər Xəbər

Ağstafada sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var

Region | 14:47 • 24 Oktyabr 2019
Ağstafada sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var

Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Qazax-Ağstafa marşrutu üzrə işləyən "QAZel" markalı sərnişin avtobusu ilə "Ford" markalı yük maşını toquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 3 nəfər - 53 yaşlı Mehriban Əliyeva, 63 yaşlı Qətibə Novruzova və 42 yaşlı Zəminə Kərimova xəsarət alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdilib.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti