Xəzər Xəbər

Göyçayda armud ağacı qışda bar verdi - FOTO

Maraqlı | 11:51 • 11 Fevral 2019
Göyçayda armud ağacı qışda bar verdi -

Göyçayda qeyri-adi təbiət hadisəsi qeydə alınıb.

Qış fəslinə xarakterik olmayan armud növü bar verib.

Rayonun Birinci Ərəbcəbirli kəndində Həşimovlar ailəsinin həyətindəki armud ağacının üzərində üçədəd armud yetişib.

Ev sahibi Gülsarə Həşimovanın sözlərinə görə, normalda yay aylarında bar verən ağacbu dəfə qış aylarında meyvə gətirib.Armud bildirçin-baldır növünə aiddir.

Qışda yetişən armud digərlərindən nə görünüşü, nə də dadı ilə fərqlənir. (Oxu.Az)

Xəbər lenti