Xəzər Xəbər

Aydan gələn ilk saat 28 il sonra tapıldı

Maraqlı | 11:18 • 29 Noyabr 2017
Aydan gələn ilk saat 28 il sonra tapıldı

NASA-nın "Apollo 7” kosmik gəmisində səyahət edən astronavtlardan biri Don Eyzelin itkin saatı 28 il sonra tapılıb.

Saat NASA-nın kosmos proqramlarına dair xatirə əşyalarından bəzilərinin müvəqqəti olaraq verildiyi Ekvador Hərbi Coğrafiya Universitetinin muzeyindən oğurlanmışdı.

"Omega” firmasının astronavtlar üçün özəl istehsal etdiyi "Speedmaster Proffesional” modelli saat sentyabr ayında "Ebay” alış-veriş saytında hərraca çıxarılıb. ABŞ Federal Təhqiqatlar Agentliyi isə saatın izinə düşərək onu tapıb və Vaşinqtondakı "Smitsoniyan” muzeyinə bağışlayıb.

Qeyd edək ki, Don Eyzel bu saatı Ayın səthinə çatmağı bacaran ilk insanlı kosmik gəmi "Apollo 7”-dəki səfəri zamanı istifadə edib./publika.az

Xəbər lenti