Xəzər Xəbər

Türkiyədə boşqabında yemək qalan turistlər cərimələnir

Maraqlı | 10:36 • 26 İyun 2017
Türkiyədə boşqabında yemək qalan turistlər cərimələnir

Türkiyədə "All İnclusive” (Hər şey daxil) sistemi üzrə işləyən hotellərdə İsveç masasında həddən artıq acgözlük edən turstləri cəzalandırmaq qərarına gəliblər. Virtualaz.org xəbər verir ki, bu qərarın tətbiqindən hiddətlənmiş əcnəbi turistlər sosial şəbəkələrdə təəccüb dolu şəkillər və xəbərlər paylaşırlar.

İstirahət edənlərin sözlərinə əsasən, qonaq iştahasını düzgün qiymətləndirmədən yemək iqtidarında olduğundan qat-qat çox yemək götürübsə, onu 10 dollar məbləğində cərimə gözləyir. Cərimə edən funksiyasını isə hotellərin mühafizə xidmətinin əməkdaşları yerinə yetirir. Onlar boşqablarında götürdükləri yeməyin yarısından artıq hissəsi qalmış qonaqlara yaxınlaşaraq, acgözlüklərinin əvəzini ödəməyi xahiş edirlər.

Bəzi uzaq ölkələrdən gələn qonaqlar əsəbi halda bildirirlər ki, Türkiyə mətbəxi ilə yenicə tanış olurlar və bəzən hətta yeyə bilmədikləri milli təamlara görə də cərimələnirlər.

Xəbər lenti