Xəzər Xəbər

Bu ölkədə nə bayram günləri var, nə də məzuniyyət... - FOTO

Maraqlı | 09:29 • 27 İyun 2017
Bu ölkədə nə bayram günləri var, nə də məzuniyyət... -

Hazırda məzuniyyətin əsl vaxtıdır. Zəhmətimizlə haqq etdiyimiz bu istirahət günlərini harada və necə keçirəcəyimiz barədə düşünürük.

Əcnəbi ölkələrdə bayram və məzuniyyət günlərinin neçə gün olması barədə araşdırma aparılıb. Bir məsələni qeyd edək ki, hər bir ölkənin mədəniyyətindən və sosial-iqtisadi siyasətindən asılı olaraq, illik təqvimdə qeyri-iş günlərinin sayı olduqca fərqlidir. Məsələn, ABŞ qanunvericiliyində məzuniyyətlə bağlı hər hansısa bir qayda yoxdur. Burada məzuniyyət və qeyri-iş günləri hər bir qurum, təşkilat və ya şirkətin öz daxili siyasətinə görə tənzimlənir. Asiya ölkələrində isə məzuniyyət vaxtını tam olaraq istifadə etmək ümumiyyətlə yaxşı hal sayılmır, buna görə də onlar rəsmi məzuniyyətdən daha az istirahət edirlər. (Publika.az)


Xəbər lenti

Çox oxunanlar