Xəzər Xəbər

Gələn il üçün kənd təsərrüfatı xərcləri artırılıb

İqtisadiyyat | 09:12 • 9 Sentyabr 2021
Gələn il üçün kənd təsərrüfatı xərcləri artırılıb

Gələn il kənd təsərrüfatı sektorunda 37 tədbiri əhatə edən 5 proqramın həyata keçirilməsi üçün ümumilikdə 986 milyon manat proqnozlaşdırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.

Bildirilib ki, bu, ötən ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 43 milyon manat və ya 4,4 faiz çoxdur. Növbəti ildə proqnozlaşdırılan vəsaitin 6,6 milyon manatı yeni siyasət təşəbbüslərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Xəbər lenti