Xəzər Xəbər

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

İqtisadiyyat | 08:56 • 4 May 2024
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask xəbərdarlıq edib ki, ABŞ-nin dövlət borcu problemi həll olunmasa, dollar dəyərsizləşəcək.

Xezerxeber.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib.

“Biz milli borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərsiz olacaq”, - deyə Mask yazıb.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun büdcə məsələləri departamentinin direktoru Vitor Qaspar bildirmişdi ki, ABŞ-nin dövlət borcunun artması bütün dünyada mənfi təsirlərə səbəb olur.

Xəbər lenti