Xəzər Xəbər

Bankların dollara olan tələbi artdı

İqtisadiyyat | 764 | 15:25 • 22 İyul 2021
Bankların dollara olan tələbi artdı

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

Hərracda tələb 72,6 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki hərracda (15 iyul) tələb 51,2 milyon ABŞ dolları təşkil edib və tam qarşılanıb.

Xəbər lenti