Xəzər Xəbər

Neftin qiymətləri yenidən artmağa başladı

İqtisadiyyat | 16:41 • 22 İyul 2021
Neftin qiymətləri yenidən artmağa başladı

Dünya neft bazarındakı qiymətlər riskli ovqatın dəstəyilə yenə artmağa başlayıb.

Bakı vaxtı ilə saat 13.12-yə olan vəziyyətə görə “Brent” markalı neftin sentyabr fyüçersləri 0,76 % bahalaşaraq 72,78 ABŞ dollarından, “WTI” markalı neftin sentyabr fyüçersləri də 0,84 % bahalaşaraq 70,89 ABŞ dollarından satılıb.

Qeyd edək ki, qiymətlər dünən 4,1-4,2 % artdıqdan sonra bu gün səhərki hərraclarda əks təsir nəticəsində 0,5 %z azalmışdı. Dünənki bahalaşma ABŞ-da ötən həftə neft ehtiyatlarına dair məlumatlarla bağlıdır. Belə ki, həftə ərzində 4,5 milyon barel azalacağı gözlənilən həmin ehtiyatlar birdən-birə 2,1 milyon barel artıb. Hasilat həcmi isə əvvəlki həftə olduğu 11,4 milyon barel səviyyəsində qalıb.

“COVID-19-un daha yoluxucu ştamı ilə bağlı makroiqtisadi gözləntilərin əksər hissəsinə bazarda diqqət yetirilmir. Hətta həftəlik rəqəmlərin zəifliyi belə neft qiymətlərinin davamlı artımına əngəl olmadı”, – deyə “Citi”nin eksperti Eduard Mors “WSJ”yə bildirib.

Bütövlükdə dünya bazarında üstün olan riskli ovqat fond bazarındakı artımlarla da təsdiq olunur. Belə ki, ABŞ-ın əsas fond indeksləri dünən 0,8-0,9 %, Asiya bazarlarındakılar 1,8 %, Avropada isə 0,2-0,8 % artıb./report

Xəbər lenti