Xəzər Xəbər

Daha 56 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat | 16:21 • 17 May 2021
Daha 56 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac iyunun 8-də təşkil ediləcək.

Xidmətdən xezerxeber.az-a bildirilib ki, hərraca 56 dövlət əmlakı çıxarılacaq. Bunlardan 35-i səhmdar cəmiyyəti, 21 kiçik dövlət müəssisəsi və yarımçıq tikilidir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3yg2srx).

Keçiriləcək özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Dövlət Xidmətinin rəsmi saytına (emlak.gov.az”) və ya Özəlləşdirmə Portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Xəbər lenti