Xəzər Xəbər

Marşrut xəttinə elektrik avtobusları buraxılacaq

İqtisadiyyat | 16:13 • 17 May 2021
Marşrut xəttinə elektrik avtobusları buraxılacaq

Cari ildə pilot layihə olaraq paytaxtın marşrut xəttinə elektrik avtobusları buraxılacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli VI “Qlobal Yol Təhlükəsizliyi Həftəsi”nin açılışında deyib.

O bildirib ki, bu il pilot layihə olaraq 2-3 elektrik avtobusunun marşrut xəttinə buraxılması nəzərdə tutulur. Daha sonra müəyyən analizlər aparıldıqdan, avtobusların hansı istiqamətdə hərəkət edəcəkləri müəyyən edildikdən sonra gələcəkdə istifadəsinə başlanması planlaşdırılır.

Xəbər lenti