Xəzər Xəbər

Dollarla götürülmüş kreditlər üzrə 645 milyon manat kompensasiya ödənilib

İqtisadiyyat | 16:48 • 10 Yanvar 2020
Dollarla götürülmüş kreditlər üzrə 645 milyon manat kompensasiya ödənilib

Ölkəmizdə dollar ilə götürülmüş kreditlər üzrə 645 milyon manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

XəzərXəbər xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 10-da Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.

E.Rüstəmov bildirib ki, bundan başqa, problemli kreditlərin illik 1 faizlə 5 il müddətinə restrukturizasiya edilməsinə 269 milyon manat ayrılıb. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə əlaqədar 900 mindən çox şəxs kompensasiya prosesinə cəlb olunub.

Xəbər lenti