Xəzər Xəbər

Elman Rüstəmov: Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya bilək

İqtisadiyyat | 16:18 • 10 Yanvar 2020
Elman Rüstəmov: Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya bilək

Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya və möhkəmləndirə bilək.

XəzərXəbər xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 10-da Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.

"Makroiqtisadi sabitliyi qorumaq Mərkəzi Bankın başlıca vəzifələrindən biridir. Aşağı inflyasiya, hökumətin inflyasiya proqnozu, Mərkəzi Bankın inflyasiya hədəfi dəyişməyərək 4±2 faiz ətrafındadır. Bu, real gəlirlərin artmasına imkan verəcək. İqtisadi dinamikaya, biznes, investisiya mühitinə inflyasiya səviyyəsi olduqca mühüm dəstək verir”, - deyə E.Rüstəmov bildirib.

Xəbər lenti