Xəzər Xəbər

"Real"ın prezidenti Mbappe transferilə bağlı söz verdi

İdman | 16:40 • 26 Sentyabr 2021
"Real"ın prezidenti Mbappe transferilə bağlı söz verdi

“Real” yayda Kilian Mbappeni heyətinə qatacaq.

Bu barədə Madrid klubunun prezidenti Florentino Peres azarkeşlərə söz verib.

Klub rəhbəri PSJ-nin fransalı ulduzunu gələn mövsüm komandaya transfer edəcəyilə bağlı danışıb.

Primeronun 7-ci turu çərçivəsində evdə "Real" “Vilyareal”la 0:0 oynadıqdan sonra "kral klubu"nun azarkeşləri Peresin maşınına tərəf qaçaraq “Prezident, Mbappe ilə müqavilə imzala” deyə qışqırıblar. Peres də azarkeşlərə Mbappeni gələn mövsüm komandada görəcəklərilə bağlı söz verib.

Xəbər lenti