Xəzər Xəbər

Pirlo gedir, Zidan gəlir?

İdman | 17:08 • 29 Aprel 2021
Pirlo gedir, Zidan gəlir?

"Yuventus" baş məşçqisi Andrea Pirlonun yerinə namizəd tapıb.

Turin klubu 41 yaşlı mütəxəssisi istefaya göndərəcəyi təqdirdə onun əvəzinə "Real"ın çalışdırıcısı Zinəddin Zidanı gətirməyə çalışacaq.

"Yuventus" Pirlonun klubdakı gələcəyinə növbəti həftələrdə qərar verəcək. Komanda gələn mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanmasa, mütəxəssis vəzifəsindən qovulacaq. Onun yerinə əsas namizədlər sırasında Zidanla yanaşı klubun sabiq baş məşqçisi Massimiliano Alleqri də var.

Qeyd edək ki, Pirlo hazırda A seriyasının turnir cədvəlində 66 xalla 4-cüdür./Qol.az 

Xəbər lenti