Xəzər Xəbər

PSJ Çempionlar Liqasında tarixi uğura imza atdı

İdman | 10:58 • 14 Aprel 2021
PSJ Çempionlar Liqasında tarixi uğura imza atdı

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

UEFA-nın rəsmi saytının məlumatına görə, Paris təmsilçisi 1/4 finalda Almaniya "Bavariya"sını mübarizədən kənarlaşdırmaqla buna nail olub.

Münhendə rəqibini 3:2 hesabı ilə üstələyən PSJ cavab qarşılaşmasında 0:1 hesabı ilə uduzsa da, səfərdə daha çox qol vurduğu üçün yarımfinala adlayıb.

Turnirin tarixində ilk dəfə son qalib finalda məğlub etdiyi komandaya pley-offda yenilib.

Qeyd edək ki, 2020-ci il Çempionlar Liqasının finalında "Bavariya" PSJ-yə minimal hesabla qalib gəlib - 1:0.

Xəbər lenti