Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Neymar PSJ-dəki taleyinə aydınlıq gətirdi

İdman | 77 | 10:32 • 14 Aprel 2021
Neymar PSJ-dəki taleyinə aydınlıq gətirdi

Fransa PSJ-sinin futbolçusu Neymar klubla müqaviləsinin uzadılma məsələsinə münasibət bildirib.

ESPN xəbər verir ki, 29 yaşlı hücumçu sözləşməsinin yenilənməsinin artıq problem olmadığını bildirib.

Braziliyalı oyunçu Parisdə xoşbəxt olduğunu söyləyib: "PSJ ilə müqavilənin uzadılması artıq problem deyil. Parisdə özümü evimdəki kimi hiss edirəm və əvvəlkindən də xoşbəxtəm".

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq./report

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
386 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
956 | 17:16 • 19 Aprel 2021