Xəzər Xəbər

AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşib

İdman | 09:17 • 13 Noyabr 2020
AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşib

Avropa çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib.


Xezerxeber.az xəbər verir ki, bu, AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.


A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə


B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya


C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya


D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya


E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya


F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya


Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan AVRO-2020-nin matçları Bakı da daxil olmaqla qitənin 12 şəhərində baş tutmalıdır.

Xəbər lenti