Xəzər Xəbər

Bu klubun beş futbolçusu koronavirusa yoluxub

İdman | 10:42 • 13 Noyabr 2020
Bu klubun beş futbolçusu koronavirusa yoluxub

Türkiyənin "Beşiktaş” klubunda koronavirus infeksiyasına kütləvi yoluxma aşkarlanıb.


Xezerxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi 5 oyunçusunun testinin pozitiv çıxdığını açıqlayıb.


"Ağ-qaralar” həmin futbolçulardan ikisinin hazırda yığma komandalarının düşərgəsində olduğunu bildirib. Digər 3 nəfərdən biri isə heyətdən kənarda qalan futbolçudur.


Qeyd edək ki, "Beşiktaş”ın bir müddət əvvəl də 3 futbolçusu koronavirusa yoluxmuşdu.

Xəbər lenti